manera.az
manera.az

İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan edilib

İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan edilib
Əvvəlki illərin məzunlar üçün 10 iyul 2020-ci il tarixində keçirilmiş qəbul (o cümlədən cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Manera.az-a verilən məlumata görə, imtahan nəticələri 27 iyul saat 17:30-dan etibarən Mərkəzin saytına yerləşdirilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 10-da keçirilmiş:

– əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları;

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanları;

– cari ilin məzunları üçün buraxılış (qəbul) imtahanlarının nəticələri
elan olunub.

İmtahanda iştirak edənlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, buraxılış (qəbul) imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış olmaq mümkündür.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 8331 nəfərdən 1024 nəfər imtahana gəlməyib. Qaydaları pozduğu üçün 5 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 266.2 bal toplayan Yardımlı rayonu, Alçabulaq kənd tam orta məktəbinin cari il məzunu göstərib. İkinci ən yüksək nəticəni 260.6 bal toplayan Quba rayonu, II Nügədi kənd 1 saylı tam orta məktəbin əvvəlki illərinin məzunu göstərib. Növbəti ən yüksək nəticəni isə 258.5 balla Sabirabad rayonu, 5 saylı şəhər tam orta məktəbin əvvəlki illərinin məzunu göstərib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031