Qazi Universiteti ilə AzTU arasında ikili diplom müqaviləsi imzalanıb

Xəbər verdiyimiz kimi, Türkiyənin Qazi Uninversitetinin nümayəndə heyyəti Azərbaycanda səfərdədir.
Manera.az xəbər verir ki, səfər zamanı heyyət Fəxri Xiyabanını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən görüşdə qonaqları salamlayan rektor Vilayət Vəliyev ali təhsil müəssisələri arasında əməkdaşlığın tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım olduğunu bildirib.
Görüşdə çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız qardaş ölkədə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, bu gün imzalanacaq müqavilə universitetlər arasında əməkdaşlığın inkişafına daha da təkan verəcək.
Görüş çərçivəsində universitetlər arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb.
Müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və Qazi Universitetinin rektoru Musa Yıldız imzalayıb.
Qeyd edək ki, ikili diplom proqramına hər iki universitetin mühəndislik proqramları arasında əməkdaşlıq daxildir.
Sənədə əsasən, hər iki universitetin müəllim və tələbələri arasında təhsil və elm sahəsində yeni imkanlar və mədəni əlaqələrin inkişaf etdirilməsi, həmçinin tələbələrin öz ixtisasları üzrə keyfiyyətli təhsil almaları təmin olunacaq.
Təqdim etdi: Şəhla Aslan,
Ankara

