Mədəniyyət və İncəsənət Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva Türkiyənin Qazi Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Cümhuriyyətin İşığında Ali Təhsildə Sənət Tədrisi” adlı beynəlxalq simpoziumda iştirak edib, universitetin rektoru, professor İbrahim Uslanla görüşüb ona ADMİU-nun simvolik hədiyyələrini təqdim edib. Qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Rektor, səfər zamanı Ankara Universitetini də ziyarət edib və universitetin rektoru, professor Erkan İbişlə görüşüb.
Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.