manera.az
manera.az

Səfir türkiyəli tələbələrlə görüşüb

Səfir türkiyəli tələbələrlə görüşüb
​Noyabrın 21-də Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral və Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Nihat Büyükbaş Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil alan türk tələbələri ilə görüşüblər.

Manera.az xəbər verir ki, əvvəlcə qonaqlar ADPU-nun rəhbərliyi ilə görüşüb, bu ali məktəbdə təhsil alan türkiyəli gənclərin vəziyyəti ilə maraqlanıblar. Rektor Cəfər Cəfərov qonaqları ADPU-da görməkdən məmnunluq duyduğunu bildirib. Universitetdə gedən islahatlar, tədris prosesi, əcnəbi tələbələr, o cümlədən türk tələbələr üçün yaradılan şəraitdən söz açıb.​
Səfir türkiyəli tələbələrlə görüşüb
Sonra qonaqlar türk tələbələrlə universitetin akt zalında görüşüblər. Görüşdə Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev,Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Aynurə Əsgərova, Türk Tələbə İdarə Heyətinin sədri, üzvləri və türk tələbələr iştirak ediblər.

​Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral və Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Nihat Büyükbaş çıxış edərək bütün tələbələri salamlayıb, onlara təhsillərində uğurlar arzulayıblar.

Görüşün məqsədi ADPU-da təhsil alan türk tələbələrin problemlərini dinləmək, onları narahat edən məsələlərin çevik həllinə nail olmaq, fikir mübadiləsi aparmaq olub. Onlar tələbələrin təhsili, nizam-intizam məsələləri, miqrasiya qanunvericiliyi barədə söhbət apararaq tələbələri maraqlandıran sualları cavablandırıblar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930