manera.az
manera.az

Azərbaycanda 1665 Türkiyə vətəndaşı təhsil alır

Azərbaycanda 1665 Türkiyə vətəndaşı təhsil alır
Azərbaycan ali təhsil müəssisələrində oxuyan əcnəbi ölkə vətəndaşlarının əksəriyyəti Türkiyədəndir. Ölkə ərazisində 1665 Türkiyə vətəndaşı magistratura və bakalavr təhsili alır.

Manera.az xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Göstəricilərə görə, 2018-2019-cu tədris ilində ölkə ərazisində təhsil alan əcnəbi vətəndaşlar ən çox Türkiyəni təmsil ediblər. Say çoxluğuna görə, ikinci yerdə İran gəlib. Bu ölkənin 593 vətəndaşı Azərbaycanda təhsil alıb.

Ölkə universitetlərində ötən tədris ilində 364 İraq, 155 Türkmənistan, 415 Gürcüstan, 43 Özbəkistan vətəndaşı təhsil alıb. 62 Ukrayna, 9 Amerika, 3 Böyük Britaniya vətəndaşı oxuyub. Baham adaları, Çexiya və Bolqarıstandan isə 1 tələbə təhsil alıb.

Ötən tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 9 İsrail, 44 Banqladeş, 76 Çin vətəndaşı təhsil alıb.

Qeyd edək ki, siyahı Azərbaycanın dövlət və özəl ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alanlar hesablanmaqla hazırlanıb./azedu.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930