manera.az
manera.az

Anar Meksika səfiri ilə görüşüb

📅 16.04.2021 12:19

Anar Meksika səfiri ilə görüşüb
İkitərəfli ədəbi əlaqələrin müzakirəsi məqsədilə Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevlə görüşüb.

Manera.az xəbər verir ki, görüşdə Xalq yazıçısı Anar Meksika ədəbiyyatına oxucuların marağını vurğulayaraq, AYB nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin həyata keçirdiyi son tərcümələr haqqında məlumat verib.

Mərkəzin direktoru Səlim Babullaoğlu, öz növbəsində, qeyd olunan mərkəzin funksiyaları və fəaliyyətindən danışıb.

Səfir Rodriqo Labardini ikitərəfli mədəni və ədəbi əlaqələrin təşviqində AYB-nin rolunu qeyd edib. Bu xüsusda, meksikalı yazıçı David Toskananın Bakıya səfəri və AYB-də azərbaycanlı ədib və oxucularla keçirdiyi görüşləri xatırladıb.

Tərəflər əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Hər iki ölkənin yazıçılarının əsərlərinin tərcüməsinə təkan vermək vacib hesab edilib, eyni zamanda, gələcək birgə layihələr haqqında fikir mübadiləsi aparılıb.


Baxış sayı - 606 | Yüklənmə tarixi: 16.04.2021 12:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930