manera.az
manera.az

Fərqanə Mehdiyevanın yeni kitabı işıq üzü gördü

Fərqanə Mehdiyevanın yeni kitabı işıq üzü gördü
Azərbaycan Yazıçılar Birliyi ilə "Ulduz" jurnalının birgə layihəsi əsasında çağdaş poeziyamızın tanınmış simalarından olan Fərqanə Mehdiyevanın "Gedirəm torpağı qucaqlamağa" adlı növbəti kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, "Elm" nəşriyyatında nəşr olunan kitabın layihə rəhbəri Qulu Ağsəs, redaktoru Aləm Kəngərli, korrektoru Mətanət Kərimova, dizayneri Zahid Məmmədov, rəssamı Sehran Allahverdidir.

Fərqanə Mehdiyeva uzun müddət "Ulduz" jurnalının poeziya şöbəsinə rəhbərlik edib. AYB və AJB-nin üzvü, prezident təqaüdçüsü olub. Uzun sürən ağır xəstəlikdən sonra bu ilin may ayında dünyasını dəyişib.

Vəfatından sonra qələm dostlarının Fərqanə xanıma həsr etdiyi yazılardan ibarət "Mən sizə darıxmaq öyrədəcəyəm" adlı kitab nəşr olunub.

Tələbələri "Fərqanə ədəbi məclisi"ni təsis edib, şairin adını əbədiləşdiriblər.

"Çəkdiklərim mənə bəsdir", "Deyirlər şirindi dünya", "Payızın yanında gözlərsən məni", "İkimiz darıxsaq ...", "Hayana gedib anam"dan sonra bu, şairin sayca altıncı kitabıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930