Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral geri çağırılıb.
Manera.az xəbər verir ki, bu barədə Türkiyə “Resmi Gazete”sində məlumat dərc edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamına əsasən, 3 dönəm Ədalət və İnkişaf Partiyasından millət vəkili olan Cahit Bağсı Türkiyənin ölkəmizdəki yeni səfiri təyin edilib.
"Prezidentimizin qərarı ilə Türkiyə Maarif Fondunun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum"- deyə Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Cahit Bağçı tvitterdə yazıb.
“Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezidentimizə təşəkkürlərimi bildirirəm”, - səfir bildirib.
Cahit Bağçı daha sonra bu vəzifəyə təyin olunmasına dəstək verdiyi üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib:
“Əsaslı dostluq və qardaşlıq ruhu ilə, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin”. /525.az/