manera.az
manera.az

"Azərbaycan kino salnaməsi” nəşr olundu

"Azərbaycan kino salnaməsi” nəşr olundu
Tanınmış kinoşünas, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb.

"Azərbaycan kino salnaməsi” kitabının elmi redaktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Manera.az-a bildirilib ki, "Azərbaycan kino salnaməsi” ikicildliyi 1898–2018–ci illərdə ölkəmizdə, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında və digər studiyalarda, kino şirkətlərində, televiziya kanallarında istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir.

Mövcud "Azərbaycan kino salnaməsi”nin 1–ci cildinə 1898-2018–ci illərdə yaradılmış tammetrajlı və qısametrajlı bədii, televiziya bədii, animasiya filmləri və "Mozalan” satirik kinojurnalının bədii süjetləri daxil edilib. Nəşrdə, eyni zamanda "Bədii və animasiya filmlərinin əlifba göstəricisi” və "Kinorejissorların adlar göstəricisi” də verilib.

Kinosalnamə kino mütəxəssislərinin mədəniyyət, incəsənət, televiziya və dövri mətbuat işçilərinin, kino həvəskarlarının, eləcə də geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub. Kinosalnamədə müəllifin və müxtəlif illərdə kino sahəsində çalışan insanların şəxsi arxivlərində qorunan, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının fotosexində, həmçinin Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərdən istifadə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031