manera.az
manera.az

Novruz bayramı ilə bağlı rəssamların virtual sərgisi keçiriləcək

📅 13.03.2021 08:12

Novruz bayramı ilə bağlı rəssamların virtual sərgisi keçiriləcək
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından Manera.az-a bildirilib ki, sərgiyə 18 yaşdan yuxarı iştirakçıların Novruz bayramı ilə bağlı milli adət-ənənələrimizi əhatə edən mövzularda qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət və heykəltəraşlıq əsərləri qəbul olunur.

Mövzu ilə bağlı əsərlərin keyfiyyətli fotoşəklini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri, icra texnikası və qiymətini qeyd etməklə resmsergi@gmail.com elektron-poçt ünvanına göndərmək tələb olunur.

Əsərlərin qəbulu aprelin 17-dək aparılacaq.


Baxış sayı - 520 | Yüklənmə tarixi: 13.03.2021 08:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031