manera.az
manera.az

Rəssamların onlayn satış sərgisi təşkil ediləcək

📅 23.08.2020 16:13

Rəssamların onlayn satış sərgisi təşkil ediləcək
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından Manera.az-a bildirilib ki, sərgidə respublikanın istənilən şəhər və rayonlarında yaşayan rəssamlar iştirak edə bilərlər.

İştirak etmək istəyən yaradıcı şəxslərdən 2 əsərin fotosunu, əsərözü haqda məlumatı, əlaqə nömrəsi ilə birlikdə resmqalereya@gmail.com mail adresinə göndərməyi xahiş olunur.

Son müraciət tarixi avqustun 30-dəkdir.

Satış sərgisinə əsərlər peşəkar komissiya tərəfindən seçiləcək.

Azərbaycan rəssamlarının onlayn satış sərgisinin Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izlənilməsi nəzərdə tutulur.

Rəssamların onlayn satış sərgisi təşkil ediləcək


Baxış sayı - 979 | Yüklənmə tarixi: 23.08.2020 16:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930