manera.az
manera.az

Rəssamların əsərlərinin onlayn satışı təşkil ediləcək

📅 03.09.2020 10:18

Rəssamların əsərlərinin onlayn satışı təşkil ediləcək
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və “Artgift Azerbaijan”ın dəstəyi ilə sentyabrın 7-də saat 18:00-da Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından Manera.az-a bildirilib ki, sərgi respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.

Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi və satışı nəzərdə tutulur.

Ekspozisiyada sənətkarların yaradıcılıq nümunələri, onların mənzərə, portret, natürmort, tarixi, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər öz əksini tapacaq.

Azərbaycan rəssamlarının onlayn satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə təqdim ediləcək.


Baxış sayı - 783 | Yüklənmə tarixi: 03.09.2020 10:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031