manera.az
manera.az

Azad Qaradərəlinin UŞAQ HEKAYƏləri - MANERA.AZ

📅 31.10.2015 16:01

Azad Qaradərəlinin UŞAQ HEKAYƏləri  - MANERA.AZ
“Deməyin uşaq yazarı yoxdur!” layihəsi bu dəfə sizə Azad Qaradərəlini təqdim edir:


Qeyd edək ki, Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib.
İlk nəsr kitabı 1987-ci ildə çap olunub.

2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.
Dörd roman müəllifidir.

Bütün bunlarla yanaşı uşaq hekayələri də yazır. Yazı dərgisinin xüsusi buraxılışı olan “Yemlik” dərgisinin nəşri də müəllifin uşaq ədəbiyyatına marağının, qayğısının göstəricisidir. Azad Qaradərəli müxtəlif kiçik uşaq hekayələrinin müəllifidir. Bu hekayələrdən bir necəsini sizə təqdim etdirik.


Gecə - gündüz gülləri

Pakizə gecə-gündüz güllərinin gündüz yumulub, gecə açılmasını hər gün müşahidə edib axırda heyrətlə dedi:
- Qaqama oxşamayıblal. Gündüz yatıllal, gecə açıllal...

Pakizə telefonla danışır

Pakizə qabaqlar telefondan qorxurdu. Sonra öyrəşdi və zəng olan kimi hamıdan qabaq qaçıb telefonun üstünü aldı. Özü də zəngdən sonra dəstəyi götürən kimi özü başlayır söhbətə:

- Ata, gələndə kanpet alarsan. Çipsi alarsan, yoqurt alarsan...
Sonra telefonda başqa adamın səsinin gəldiyini eşidib kefsiz-kefsiz deyir:
- Ata zəng vuyuy, ayyı adam danışıy...


Bilgisayarda işləyən qız


Pakizə bilgisayarı çox sevir. Oyunların hamısını oynaya bilir. Bilgisayarı yandırmağı, söndürməyi də bacarır. Hətta onun özünün ayrıca faylı da var. Burada onun şəkilləri, qaqaşının şəkilləriyerləşir. Babası hərdən çaşıb başqa düyməni basanda qız əlini əlinə vurub gülür və deyir:
- Babanı öyyədiyəm, öyədiyəm, öyyənmiy, öyyənmiy...


Baxış sayı - 3 041 | Yüklənmə tarixi: 31.10.2015 16:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031