manera.az
manera.az

Ələmdar Quluzadənin uşaq şeirləri... - Layihə - MANERA.AZ

Ələmdar Quluzadənin uşaq şeirləri... - Layihə - MANERA.AZ
“Deməyin uşaq yazarı yoxdur!” layihəsi sizə
Ələmdar Quluzadəni təqdim edir:


1952-ci ildə Qarabağın Xocalı kəndində anadan olmuşdur]. O, kənd orta məktəbini bitirdikdən sonra 1973-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialında Azərbaycan dili və ədəbiyyat fakultəsini bitirib. 1988-ci ilin sentyanbr ayına qədər Xankəndində yaşayıb və bu müddətdə keçmiş, DQMV radio verilişləri komitəsinin Azərbaycan verilişləri redaksiyasında müxbir vəzifəsində çalışmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Yaradıcılığa gənc yaşlarında başlayan şairin şeirləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində və “Ulduz” jurnallarında dərc edilmişdir. Ələmdar Quluzadənin ilk kitabı “Dağların yaddaşı” adlanır. Sonralar Ələmdar müəllimin bir-birindən maraqlı kitabları dərc edilmişdir. O, “Tumurcuqlar”, “Beş qitənin uşaqları”, “Şəhid şəhər”, “Alay komandiri”, “Ömür-gün qabaqdadır”, “İsti ocaq”, “Mənə söz verin”, “Məhləmin uşaqları”, “Məni yoldan eləmə”, “Qürbətə düşən daş”, “Dilotu”, “Ürəyindən keçəydim”, “Ətirşah ətri”, “Boğça”, “Qadan mənə Qarabağ” kitablarının müəllifidir. Şairin kitablarını kiçiklərlə yanaşı, böyüklər də sevərək oxuyur.
Ələmdar Quluzadənin çoxsahəli yaradıcılığında uşaq ədəbiyyatının özünəməxsus yeri var. Təbiətə, folklora, xalq yaradıcılığına, insanların psixologiyasına yaxından bələd olması şairin uşaqlar üçün qələmə aldığı şeir və nağıllarda da özünü aydın şəkildə göstərir. Ələmdar müəllimin “Qürbətə düşən daş” kitabında vətənə, xalqa, əməyə, anaya, dosta sevgi mövzularında yazılmış nağıllar (“Papaqçı”, “Dəmirçi Daşdəmir”, “Bar ağacı”, “Bənövşə”, “Yuva”, “Kiçik qardaş”, “Nökər alim”, “Göyərçin”) geniş yer almışdır. Bu kitabda müəllif özünü nəsrdə sınamış, həm də uşaqlara haqq-ədalət, vətənpərvərlik, mərdlik, qorxmazlıq, cəsurluq, barədə düşüncələrini çatdırmışdır.



Cəfərin dəftəri

Səfər bircə dəfə də
Səhv eləmir yazanda,
Səfər gülür Cəfərə
Yazdığını pozanda

Səfərin dəftərində
Nə ləkə var, nə qara,
Cəfərin dəftərləri
Qapqaradır, qapqara.

Misal çətin olanda
Cəfər batır qan-tərə,
Cəfər ləkə salmır ha,
Tər tökülür dəftərə.

Papağın altdan

Yağış yağanda
Göbələk çıxır
Torpağın altdan.
Tut yetişəndə
Adama baxır
Yarpağın altdan
Yemək bişəndə
Isti buğ çıxır
Qapağın altdan.
Qənbər qazana
Qıraqdan baxır
Papağın altdan.

Çiyələyi çiy yedim

Atam yeri şumladı,
atam şumu ləklədi.
Atam ləki suvardı,
Çiyələk çiçəklədi.

Çiçəkburnu olanda
Çiyələyi göy yedim.
Evdə bilən olmadı-
Çiyələyi çiy yedim.


Şirəlinin şirəli şalvarı


Şirin-şirin yatanda
Şiri boğar Şirəli
Şirəlinin əlləri
Şir əlidir, şir əli.

Dişini itiləyən
Şir deyil, Şirəlidir,
Şirəli şanı yeyib,
Şalvarı şirəlidi.

Atam saatı bilmir

Anam soruşur:
- Bu vaxt iş olar,
Zülmət gecədir.
Bir saata bax,
Bilirsən indi
Saat neçədir?


Saata baxıb
Barmaqlarını
Dişləyir atam.
Saatı bilmir,
Amma saatsaz
İşləyir atam.

Layihə rəhbəri: Əfsanə Laçın
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031