manera.az
manera.az

Şair, şöhrət üçün sözündən keçmə! - MANERA.AZ

📅 31.10.2015 14:33

Şair, şöhrət üçün sözündən keçmə! - MANERA.AZ
Vahid Aslan
_____________


Şair və Söz

Əzəldən görməyə gözüm olmayıb,
Yazıq görkəmində görünənləri;
Məddahlıq, yaltaqlıq izinə düşüb,
Şöhrət arxasınca sürünənləri;

Adam öz gözündən düşdüsə, heç nə,..
İllah da bu adam şair oldusa...
Şair! Şöhrət üçün sözündən keçmə!
Yıxıldın! Söz haqqı unuduldusa...

Şairin çiynində bir söz haqqı var,
ŞAİRDİ bu haqqı daşıya bilsə,..
Söz onu qaldırıb Tanrılaşdırar,
Sözün işığında yaşaya bilsə,..

... Saraya sığınan şair ki, olub,
Şah çevirib onu öz məddahına;
Şair ki, unudur, sözdən doğulub,
Elə bil, xor baxır öz Allahına.

Şairin nəyi var sözdən savayı,
Onu da qoruya bilməsə, heç nə...
Şair! Hər sözünü demə, havayı,
Şair! Şöhrət üçün sözündən keçmə!

31.10.15.


Baxış sayı - 1 791 | Yüklənmə tarixi: 31.10.2015 14:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031