manera.az
manera.az

6 bəstəkar və 6 şair | MANERA.AZ

6 bəstəkar və 6 şair | MANERA.AZ
Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyətinin birgə işi olan "6 bəstəkar və 6 şair" layihəsində bəstəkar Cəlal Abbasov da öz əsəri ilə təmsil olunacaq. Layihənin Bakıda oktyabr ayında həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Cəlal Abbasov layihədə türk şairi Nədim Uçarın "Kar tanesi" şeirinə bəstələdiyi musiqi əsəri ilə iştirak edəcək.

Bu barədə AzərTaca- a açıqlama verən bəstəkar qeyd edib ki, hazırda bəstələdiyi musiqi üzərində iş gedir.

Qeyd edək ki, "6 bəstəkar və 6 şair layihəsi əvvəlcə Azərbaycanda, sonra Türkiyədə reallaşacaq. Layihə çərçivəsində Azərbaycanda hər iki ölkə bəstəkarlarının musiqilərindən ibarət konsert proqramının təşkili planlaşdırılır.


Baxış sayı - 1 881 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031