"10 ŞAİR - 10 BƏND" - LAYİHƏ
Manera.az "10 ŞAİR - 10 BƏND" rubrikasnda bu həftənin 10-luğnu təqdim edir:
Bu nə təhər darıxmaqdı,
Axı belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.
Ramiz RÖVŞƏN
Qara-qara quşlara,
yazıq-yoluq quşlara
dəymə, dəymə -
xoş getməz göy üzünə.
Sədəf-sədəf, düymə-düymə
balıqlara dəymə, dəymə -
xoş getməz dənizinə.
Vaqif BAYATILI ODƏR
Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Rüstəm BEHRUDİ
Yoxsa ey içimi yandıran adam,
Ömrünü qiymətli bəxşiş bilirsən?
Pul qoyub özünü donduran adam,
Canının qədrini yaxşı bilirsən!
Vaqif BƏHMƏNLİ
Dağa bax, sən Allah,
nə gündədi:
Ayağı ayağına dolaşan
beş-altı ağacdı,
qozbel torpağı
balatası qaçmış kündədi…
Qulu AĞSƏS
Ən zülümlu dərdə tapşır,
Bu yiyəsiz yurda tapşır,
İtə tapşır, qurda tapşır -
Məni baxtıma tapşırma!..
Məmməd İLQAR
Bəlkə də, borcundan çıxmadım ,Vətən,
Ömür bahar deyil, bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki mən,
Çürüyüm, bir ovuc torpağın artsın.
Musa YAQUB
Harda oldumsa, səhər, ya axşam,
Axtardın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Harada durum ki görəsən məni ?!
Nəriman HƏSƏNZADƏ
Ağlını başından çıxart onun
bir az günaha batır,
qolunu sal boynuna
çəkib yatağa yatır...
Rasim QARACA
Gəl aşaq eşq divarını,
Necə aşaq buz üstündən.
Yanıb səpələndim sənə,
Yıxılma yapış tüstümdən…
Eldar İSMAYILOĞLU
Təqdim etdi: Emil Rasimoğlu
Manera.az