manera.az
manera.az

"Qızıl Qlobus”a namizəd filmlərin siyahısı açıqlanıb

📅 08.02.2021 11:32

"Qızıl Qlobus”a namizəd filmlərin siyahısı açıqlanıb
“Qızıl Qlobus” mükafatlarına namizəd olan filmlərin siyahısı açıqlanıb.

Manera.az xəbər verir ki, mükafata “Köçərilərin diyarı”, “Munk”, “Ümid verici qız”, “Ata” və “Chicago Seven” kimi filmlər namizəd göstərilib.

Nominasiyaların sayına görə Devid Finçerin “Munk” filmi liderdir. Filmin altı “Qızıl Qlobus” heykəlciyinə iddialı olduğu deyilir. Televiziya layihələri arasında Netflix seriyasından “Tac” filmi də altı mükafat üçün yarışacağı iddia edilib.

Qeyd edək ki, “Qızıl Qlobus”ABŞ-da və dünyada Oskardan sonra ikinci ən prestijli film mükafatı hesab olunur. Mükafat 1944-cü ildən bəri kino və televiziyada sahəsində uğur qazanan layihələrə görə verilir.

Xatırladaq ki, 78-ci “Qızıl Qlobus” mükafatları fevralın 28-də keçiriləcək. /kulis.az/


Baxış sayı - 612 | Yüklənmə tarixi: 08.02.2021 11:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930