manera.az
manera.az

Türkiyəli rejissorun filmi "Oskar"a namizəd oldu

📅 21.08.2018 14:58

Türkiyəli rejissorun filmi "Oskar"a namizəd oldu
Türkiyəli rejissor Nuri Bilgə Ceylanın ekranlaşdırdığı “Ahlat Ağacı” filmi 91-ci Akademik Mükafatlandırmada Oskar mükafatına namizəd kimi təsdiqlənib.

MANERA.AZ Anadolu Agentliyinə istinadla xəbər verir ki, 17 nəfərlik seçici assambleyası “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə Türkiyə namizədini müəyyənləşdirmək üçün qiymətləndirmə iclasını keçirib.

Bədii tədbirlər komissiyasına müraciət edən 12 ekran əsərinin dəyərləndirildiyi komissiyada Kann Film Festivalında nümayiş etdirilən “Ahlat Ağacı” filmi namizəd seçilib.

Akademik Mükafatlandırmanın 2019–cu ilin fevralında ABŞ-da keçirilməsi planlaşdırılır.


Baxış sayı - 1 222 | Yüklənmə tarixi: 21.08.2018 14:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930