manera.az
manera.az

Azərbaycanda 3D tamaşa hazırlanıb - İlk dəfə

📅 03.01.2021 09:25

Azərbaycanda 3D tamaşa hazırlanıb - İlk dəfə
Azərbaycanda ilk dəfə Playback teatrı janrında tamaşa hazırlanıb və 3D qrafikalı sosial animasiyalı sosial çarx formasında ictimaiyyətə təqdim edilib.

Manera.az xəbər verir ki, bullinq və nifrət nitqinin müxtəlif formaları psixoloq-konsultantlar tərəfindən təhlil edilib və “Şah Mat” teatrının kollektivi tərəfindən vahid tamaşa formasında səhnələşdirilib.

Sosial çarx Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Playback (oxucu hekayələri teatrı) nifrət nitqinə, bullinqə qarşı” layihəsi çərçivəsində hazırlanıb.

Layihə zamanı sosial çarx ilə yanaşı, psixoloqlar Kamil Həmidovun, Turan Balaşzadənin və Fidan Abdullayevanın moderatorluğu 4 region (Bakı, Lənkəran, Quba, Şamaxı) üzrə 200-dən çox gənclərlə, o cümlədən gənc müəllimlərlə “bullinq” mövzusunda seminarlar keçirilib.

“Addım” GİM ictimai birliyi məkan dəstəyinə görə NAYORA-ya, təşkilati dəstəyə görə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional bölmələrinə, YAP-ın Şamaxı rayonu Gənclər Təşkilatına və əməkdaşlığa görə “Şah Mat” tetarının istedadlı kollektivinə təşəkkür edir.


Baxış sayı - 475 | Yüklənmə tarixi: 03.01.2021 09:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031