manera.az
manera.az

Fuad Poladovun xatirəsinə tamaşa hazırlanıb

📅 25.02.2019 20:21

Fuad Poladovun xatirəsinə tamaşa hazırlanıb
Mərhum sənətkar, Xalq artisti Fuad Poladovun xatirəsinə yeni tamaşa hazırlanıb.

Manera.az xəbər verir ki, martın 18-də Estoniya Dövlət Dram Teatrında oynanılacaq tamaşanin quruluşçu rejissoru Əbdülqəni Əliyevdir.

Paul Villardın "Köhnə telefon" hekayəsi əsasında hazırlanan tamaşada baş rolda aktyor Hikmət Rəhimov, rollarda əməkdar artist Münəvvər Əliyeva və aktrisa Fidan Bayramova çıxış edir.

Estoniya Mədəniyyət Nazirliyinin, Estoniya Dram Teatrının, Tallin Bələdiyyəsinin, Azərbaycan Respublikasının Estoniyadakı səfirliyinin, Estoniyadakı Azərbaycan icmasının, Türkiyə Respublikasının Estoniyadakı Səfirliyinin dəstəyi ilə baş tutan layihənin rəhbəri Sənəm Əliyevadır./kulis.az/

MANERA.AZ


Baxış sayı - 1 211 | Yüklənmə tarixi: 25.02.2019 20:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031