manera.az
manera.az

ƏSA Teatrı yeni tamaşa hazırlayır

📅 03.06.2020 10:10

ƏSA Teatrı yeni tamaşa hazırlayır
ƏSA Teatrı sayca səkkizinci tamaşasını hazırlayır.

Teatr bu dəfə fransız yazıçı Antuan de Sent-Ekzüperiyə dünya şöhrəti gətirən “Balaca şahzadə” əsərinə müraciət edib.

Manera.az-a bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib. Onun sözlərinə görə, may ayından etibarən intensiv şəkildə tamaşanın hazırlığına başlanılıb.

Qarşıdakı müddət ərzində də tamaşanın məşqləri pandemiya ilə əlaqədar sosial izolyasiya və karantin qaydalarına uyğun olaraq həyata keçiriləcəkdir. Səhnə əsərində ümumilikdə 14 aktyor iştirak edir. Nümayiş zamanı eşitmə məhdudiyyətli şəxslər üçün tamaşa sinxron şəkildə surdo-tərcümə olunacaqdır.
ƏSA Teatrı yeni tamaşa hazırlayır
Sentyabr ayının sonlarında premyerası nəzərdə tutulan “Balaca şahzadə” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə hazırlanır.

Qeyd edək ki, tamaşa-layihəsinin rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Əbdülqəni Əliyev, baş prodüseri Nicat Qulamdır. Əsəri fransız dilindən Cavanşir Yusifli tərcümə edib.

Xatırladaq ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət İnklüziv “ƏSA” Teatrı 2016-cı ilin sentyabr ayında yaradılıb. Artıq 5-ci teatr mövsümünə başlayan teatr bu günə qədər paytaxt və regionlarımızda uğurlu layihələr həyata keçirib.


Baxış sayı - 743 | Yüklənmə tarixi: 03.06.2020 10:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031