manera.az
manera.az

Kuklaçılar “Çəkməli pişik”i səhnələşdirir... - MƏDƏNİYYƏT

Kuklaçılar “Çəkməli pişik”i səhnələşdirir... - MƏDƏNİYYƏT

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqlərinə start verilib. Uşaqların sevimli məkanında bu dəfə dünya ədəbiyyatına müraciət olunub. Belə ki, balacaların sevimli nağıl qəhrəmanı “Çəkməli pişik” tam fərqli yozum və səhnələşdirmə ilə teatrsevərlərin ixtiyarına veriləcək.

Teatrın mətbuat xidmətindən manera.az-a bildirilib ki, dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi Şarl Perronun bu məşhur əsərinə yeni səhnə həyatı verən teatrın rejissoru Anar Məmmədov tamaşaya əlavə olunan yeni obrazlar və mətnlərlə nümunəni müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etmək istədiklərini dedi: “Yeni obrazlar tamaşanı daha çox açmağa xidmət edəcək. Çünki əsərdə bir neçə mövzu var və bütün bu mövzuların fonunda yaxşılıq naminə yalan danışmaq əsas yer tutur. Müəllifin əsərində bunu əsas götürməklə yalanın əslində pis vərdiş olduğunu və sadəcə zaman-zaman yaxşılığa xidmət etdiyini göstərməyə çalışmışıq. Sonda, təbii ki, qəhrəmanların dilindən yalanın yaxşı vərdiş olmadığı, yaxşılıq xatirənə olsa belə adətə çevrilməməyi təlqin olunur”.

Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli kukla tamaşası mövsümün sonunda balacaların ixtiyarına veriləcək.
Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Səhnə işində əsas rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları ifa edəcək.
Tamaşa bu teatr mövsümünün sonunadək balaca teatrsevərlərin ixtiyarına veriləcək.

TuranБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI