manera.az
manera.az

Yeni onlayn müsabiqə keçirilir

Yeni onlayn müsabiqə keçirilir
Regionlarda fəaliyyət göstərən uşaq incəsənət məktəbləri və musiqi məktəblərinin şagirdləri arasında “Notların möcüzəsi” adlı onlayn müsabiqə keçirilir.

Manera.az xəbər verir ki, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən keçirilən müsabiqə Azərbaycan bəstəkarlarının və onların klassik əsərlərinin sosial şəbəkələrdə təbliğ edilməsinə, klassik əsərlərin uşaq və yeniyetmələr tərəfindən ifa edilərək mənimsənilməsinə, musiqi məktəblərinin fəaliyyətinin populyarlaşdırılmasına, o cümlədən musiqi təhsilinin təbliğ və valideynlər arasında təşviq edilməsinə, musiqi təhsili üzrə istedadlı və bacarıqlı uşaq və yeniyetmələrin üzə çıxarılmasına xidmət edir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər Azərbaycan bəstəkarlarının klassik əsərlərinin bir parçasını ifa edərək müsabiqəyə qatıla bilər. İfalar dekabrın 8-dək videogörüntü şəklində təqdim edilməlidir.

İştirakçı olmaq istəyən namizədlər müsabiqə şərtləri və qaydaları haqqında ətraflı məlumatı müsabiqənin sosial şəbəkədəki “Facebook” hesabından (https://www.facebook.com/notlarinmocuzesi) əldə edə bilərlər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Notların möcüzəsi” estetik zövqün formalaşdırılması layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi regionlarda musiqi mədəniyyətinin inkişafına töhfə verməkdən ibarətdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031