manera.az
manera.az

Bakıda beynəlxalq musiqi müsabiqəsi keçiriləcək

Bakıda beynəlxalq musiqi müsabiqəsi keçiriləcək
Fevralın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasinda gənc ifaçıların üçüncü “World harmony” beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin açılışı olacaq.

Müsabiqə Gürcüstanın “Harmoniya” Folklor və Klassik Musiqisi İctimai Birliyinin, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşacaq.

Manera.az xəbər verir ki, müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil olunacaq. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) təxminən 300 nəfərə yaxın ifaçı və onlarca kollektivin iştirakı gözlənilir.

Müsabiqənin münsiflər heyətində Belarus, Türkiyə, Gürcüstan, Qazaxıstan, Çex Respublikası, Rusiyadan dəvət olunmuş mütəxəssislər təmsil olunur.

Fevralın 24-dək davam edəcək müsabiqə çərçivəsində dünya şöhrətli peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri də keçiriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829