manera.az
manera.az

Gənc sənətşünaslar arasında müsabiqə

Gənc sənətşünaslar arasında müsabiqə
Azərbaycan Dövlət Rəsm Qalereyası "Evdə qal, qalib gəl!” layihəsi çərçivəsində gənc sənətşünaslar üçün məqalə müsabiqəsi elan edib.

Qalereyadan Manera.az-a bildirilib ki, müsabiqə gənclərin mədəni inkişafında rolunu artırmaq, elmi araşdırma və analitik düşünmə qabiliyyətini təkmilləşdirmək, gənclərin maarifləndirilməsi, elmi fəaliyyətinin stimullaşdırılması, onların nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir.

Müsabiqədə 18-35 yaş arasında sənətşünaslar iştirak edə bilər. Müsabiqə 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə sənətşünaslar münsiflər tərəfindən əvvəlcədən hazırlanmış mövzulardan birini seçərək iştirak edə bilərlər.

Məqalələr qiymətləndirilərkən müsabiqə mövzusuna uyğun ixtisaslaşmış, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin təqdim edilməsi tələb olunur.

Sonda peşəkar sənətşünaslardan ibarət münsiflər heyəti tərəfindən qalib olaraq seçilmiş ən yaxşı elmi işlərin müəlliflərinə diplom və pulla mükafatı veriləcək.

Qalib olan hər bir məqalənin "Mədəniyyət” jurnalının müxtəlif buraxılışlarında dərc edilməsi nəzərdə tutulur.

Müsabiqəyə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının "Whatsapp” nömrəsi (0777173337) ilə əlaqə saxlanmalıdılar.

Yazılar qalereyanın e-mail adresinə (resmqalereya@gmail.com) göndərilməlidir.

Məqalələrin son qəbulu mayın 10-dəkdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031