manera.az
manera.az

Rəssam və animatorlar üçün müsabiqə - Şərtlər

Rəssam və animatorlar üçün müsabiqə - Şərtlər
“Şərq-Qərb” nəşriyyatı rəssam və animatorlar üçün müsabiqə elan edir.

Manera.az xəbər verir ki, nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, müsabiqə uşaqlarda kitaba marağın artırılması, mütaliə həvəsinin gücləndirilməsi məqsədilə rəssam və animatorlar arasında Yeni nağıl qəhrəmanı – müasir simvolik personajın yaradılması üzrə aparılacaq.

Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj yaradılarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

- Orijinal olmalı, başqa məşhur nağıl qəhrəmanlarına, obrazlara bənzəməməlidir;

- Uşaqlar tərəfindən sevilməli, ilk baxışdan etibarən onlarda maraq doğurmalı, müsbət emosiyalar yaratmalıdır;

- Bundan sonra yaradılacaq əsərlərdə, nağıllarda, ssenarilərdə, filmlərdə, animasiya filmlərində, televiziya verilişlərində və sosial şəbəkələrdə əsas obraz kimi çıxış etmək üçün yararlı və universal olmalı, üçüncü şəxsin əqli mülkiyyət hüququnu pozmamalıdır.

Təqdim edilən əsərlər tanınmış incəsənət xadimlərindən ibarət Münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və 3 yer üzrə mükafatlandırılacaq:

I-ci yer: 3000 AZN (1 nəfər)
II-ci yer: 1000 AZN (2 nəfər)
III-cü yer: 500 AZN (3 nəfər)


Əsərlər elektron formatda musabiqe@sharq-qarb.az ünvanına və ya kağız şəklində Bakı ş., Aşıq Ələsgər küç., 17, “Şərq-Qərb” ASC ünvanına göndərilməlidir. Müəllif haqqında qısa məlumat (ad, soyad, atasının adı, ünvan və əlaqə nömrələri) əlavə edilməlidir.

Əsərlərin qəbulu avqustun 15-dən oktyabrın 15-ə qədər davam edəcək. Müsabiqənin nəticəsi 16 noyabr 2020-ci il tarixində elan olunacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI