manera.az
manera.az

Vətən müharibəsi ilə əlaqədar yeni orden və medallar təsis edildi

📅 21.11.2020 15:30

Vətən müharibəsi ilə əlaqədar yeni orden və medallar təsis edildi
Azərbaycanın 44 günlük "Vətən Müharibəsində qələbə münasibətilə” yeni orden və medallar təsis edilib.

Manera.az xəbər verir ki, Milli Məclisin 20 noyabrda keçirilən plenar iclasında "Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, "Vətən Müharibəsində qələbə münasibətilə” "Zəfər”"Qarabağ” ordenləri təsis olunur.

Bundan əlavə "Vətən Müharibəsi Qəhrəmanı”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.


Baxış sayı - 768 | Yüklənmə tarixi: 21.11.2020 15:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031