manera.az
manera.az

"İdrak"ın kollektivi Cocuq Mərcanlıda... - Fotolar

📅 04.10.2017 20:20

"İdrak"ın kollektivi  Cocuq Mərcanlıda... - Fotolar
Bu günlərdə "İdrak" liseyinin müəllim heyyəti və şagirdləri Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər ediblər

Liseyin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, “İdrak”ın direktoru, professor Mönsüm Alışovun rəhbərliyi ilə təşkil olunan səfərin məqsədi Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq nəticəsində işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi ilə tanışlıq, oradakı həmvətənlərimizə dəstək, şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin rəhbərliyi, müəllim-şagird heyəti ilə görüşmək və elmi-pedaqoji əməkdaşlığa başlamaq olub.

Səfər iştirakçıları əvvəlcə Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini anaraq “Lələtəpə” abidəsinin ziyarət ediblər, daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüşüblər.

Görüş zamanı M. Alışov çıxış edərək bildirib ki, Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı, ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamış və məhz dövlət başçısının böyük diqqəti sayəsində qısa bir müddət ərzində kənddə böyük quruculuq işləri həyata keçirilmişdir.

“İdrak liseyinin” pedaqoji heyətinin nümayəndələri səfər zamanı öz həmkarları ilə fikir mübadiləsi aparıblar. Liseyin şagirdləri öz yaşıdları ilə həmsöhbət olub, məktəbi gəzərək dərslərdə iştirak etdilər.

Professor M. Alışov məktəbin rəhbərliyini və pedaqoji kollektivini qarşıdan gələn 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara bu şərəfli işdə böyük nailiyyətlər arzulayıb .

Daha sonra “İdrak” liseyi adından gətirilmiş çoxsaylı dərs vəsaitləri, bədii ədəbiyyat, kompyuter və proyektorları məktəbə hədiyyə edilib.

Elə həmin texniki vasitələrin köməkliyi ilə İdrak liseyinin müəllimləri bir neçə elektron dərs nümunəsi də təqdim etdilər.

Sonda M. Alışov bu əməkdaşlığın davamlı olacağını, “İdrak” liseyinin bu məktəbə daim metodiki köməklik göstərəcəyini, vaxtaşırı görüşlər, təlimlər, müxtəlif birgə layihələrin həyata keçiriləcəyini, bu məktəbin də “İdrak” liseyinə məxsus mediadərslər bazasından faydalanacağını bildirib.

Sonda Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyev belə bir görüşüm təşkil olunmasına görə qonaqlara dərin minnətdarlığını bildirib.

Fatimə,
Manera.az


"İdrak"ın kollektivi  Cocuq Mərcanlıda... - Fotolar

"İdrak"ın kollektivi  Cocuq Mərcanlıda... - Fotolar
"İdrak"ın kollektivi  Cocuq Mərcanlıda... - Fotolar
"İdrak"ın kollektivi  Cocuq Mərcanlıda... - Fotolar
"İdrak"ın kollektivi  Cocuq Mərcanlıda... - Fotolar
"İdrak"ın kollektivi  Cocuq Mərcanlıda... - Fotolar


Baxış sayı - 1 620 | Yüklənmə tarixi: 04.10.2017 20:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031