manera.az
manera.az

Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı

Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
MANERA.AZ müharibədə iştirak edən yazıçıların siyahısını təqdim edir.


Lev Tolstoy
1854-cü ildə Kırım müharibəsinə zabit olaraq qatılıb.

Migel de Servantes
1571-ci ildə İspaniya ilə Osmanlı arasındakı müharibəyə qoşulur, döyüşlərdə ağır yaralanır, sağ əlini itirir və əsir götürülür.

Ernest Hemenquey
Birinci, ikinci dünya müharibələrində.

Erix Mariya Remark
18 yaşında Birinci dünya müharibəsinə yollanır.

Corc Oruel
1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsində iştirak edib.

Cerom Selincer
1942-ci ildə əsgərliyə çağırılır və İkinci Dünya Müharibəsinin sonuna kimi döyüşlərdə olur.

Con Steynbek
Hərbi müxbir kimi Birinci Dünya müharibəsində fəaliyyət göstərib.

Somerset Moem
İngilis kəşfiyyatçısı kimi Birinci Dünya müharibəsində iştirak edib.

Gi de Mopassan
1870-1871-ci illərdəki Fransa-Prusiya müharibəsində iştirak edib.

Skott Fitserald
1917-ci ildə könüllü olaraq Birinci Dünya müharibəsinə yollanıb.

Stendal
1812-ci ildə Borodino döyüşündə iştirak edib. Onda Anri Beyl adında olan Stendal Napoleonun ordusuna yenicə qoşulmuş, müharibə təcrübəsi olmamışdır.

Corc Bayron
1821-ci ildə Yunanıstan istiqlal müharibəsində iştirak edib.

Aleksandr Soljenitsın
II Dünya müharibəsində zabit kimi iştirak edib, Qafqazdan Almaniyaya qədər döyüş yolu keçmiş, kapitan rütbəsinə qədər yüksəlmişdir.

Mixail Bulqakov
Birinci Dünya müharibəsi dövründə əvvəllər həkim kimi müharibə zonasında, sonralar isə ehtiyatda fəaliyyət göstərib.

Aleksandr Blok
1916-cı ildə əsgərliyə çağırılır. Birinci Dünya Müharibəsində mühəndis kimi fəaliyyət göstərib.

Serqey Yesenin
1916-cı ildə əsgərliyə çağırılan şair Birinci Dünya Müharibəsində hərbi sanitar vəzifəsində çalışır.

Kurt Vonnequt
İkinci Dünya müharibəsində iştirak edib. 1944-cü ildə almanlar tərəfindən əsir tutulub.

Artur Konan Doyl
1916-cı ildə Britaniya qoşunları sırasında Birinci Dünya müharibəsinə yollanıb.

Andrey Platonov
Birinci Dünya müharibəsi vaxtı kapitan rütbəsində "Qızıl ulduz" qəzetində hərbi müxbir kimi işləmişdir.

***

İsmayıl Şıxlı
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur

Məhəmməd Hadi
I Dünya müharibəsi başlayan kimi Bakı müsəlman diviziyasının tərkibində Hadi də Avropaya yola düşür, qaynar nöqtələrdə (Karpatlarda, Polşada, Qalisə, Lemberq və Stanislavada) olur.

Hüseyn Abbaszadə
Yazıçı II Dünya müharibəsi zamanı ordu sıralarına çağırılıb.

Həkim Qəni
Şair İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir.

Rəsul Rza
Böyük Vətən müharibəsinə hərbi müxbir kimi işləmişdir.

Salam Qədirzadə
1941-1945-ci illərdə Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi.

Zakir Sadatlı
Qarabağ və Əfqanıstan müharibələrində iştirak edib.

/kulis.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031