manera.az
manera.az

Dünyanın ən varlı yazıçıları - SİYAHI

📅 12.12.2018 10:57

Dünyanın ən varlı yazıçıları - SİYAHI
“Forbes” jurnalı dünyanın ən çox kitabı satılan və qonorar alan yazıçılarının siyahısını hazırlayıb.

Manera.az xəbər verir ki, siyahıya 11 müəllif düşüb (iki nəfər 10-cu yeri bölüşüb).

Birinci yeri Ceyms Petterson tutub. Müstəntiq Aleks Kross haqda seriya romanlarla məşhurlaşan Petterson 86 milyon qazanıb.

Ötən il siyahıya liderlik edən Coan Rolinq bu il 54 milyon gəlirlə ikinci yerlə kifayətlənib. Üçlüyü Stiven Kinq 21 milyon gəlirlə tamamlayıb.

Sonrakı yerləri Con Qrişem, Ceff Kinni, Den Braun, Maykl Volf, Daniela Stil, Hora Roberst, Rik Riordan və Erika Leonard Ceyms tutub.

Ümumilikdə bu yazıçıların ABŞ-da 24 milyon nüsxə kitabı satılıb və 283 milyon qazanıblar.

Statistika 1 iyun 2017-ci ildən 1 iyun 2018-ci ilə qədər olan müddəti əhatə edib.

MANERA.AZ


Baxış sayı - 1 446 | Yüklənmə tarixi: 12.12.2018 10:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930