manera.az
manera.az

Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

📅 14.09.2020 09:28

Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Bakı şəhərində milli mesenat Hacı Zeynalabdin Tağıyevin heykəlinin yaxın iki ayda qoyulması planlaşdırılır.

Manera.az xəbər verir ki, bu barədə heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

Xanlar Əhmədov qeyd edib ki, heykəl bu il Novruz bayramı ərəfəsində qoyulmalı idi: “Lakin koronavirus pandemiyası səbəbindən bu əlamətdar hadisə bir neçə aydır ki, yubanır. Yəqin ki, yaxın iki ayda məsələ həll olunacaq”.

Xalq rəssamı həmçinin vurğulayıb ki, heykəlin tamamlanması və ucaldılması məsələsi müvafiq qurumların diqqətindədir və mütəmadi olaraq onunla bu işlə bağlı əlaqə saxlanılır.

Xatırladaq ki, Tağıyevin heykəlinin hazırlanması ilə bağlı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinə 20-dən çox layihə təqdim olunmuşdu. Onların arasından heykəltəraş Xanlar Əhmədovun layihəsi seçilib.

Onu da qeyd edək ki, metronun “İçərişəhər” stansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq heykəl üç metr hündürlüyündə olacaq. Tağıyevi ayaq üstə təsvir edən heykəl tunc, qırmızı və qara qranitdən hazırlanıb.


Baxış sayı - 1 039 | Yüklənmə tarixi: 14.09.2020 09:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031