manera.az
manera.az

Arif Məlikovun heykəlinin ucaldılacağı ərazi məlum olub

📅 07.06.2020 18:30

Arif Məlikovun heykəlinin ucaldılacağı ərazi məlum olub
Xalq artisti Arif Məlikovun Bakıda ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub.

Manera.az xəbər verir ki, bu barədə abidənin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov məlumat verib. O bildirib ki, abidənin ucaldılacağı məkan artıq qərarlaşdırılıb:

“Arif Məlikovun birinci abidəsi Fəxri xiyabanda ucaldılıb. İkinci abidənin isə Milli Konservatoriyanın bağında ucaldılması planlaşdırılır. Yaxında abidənin layihəsini hazırlamağa başlayacağam. Abidə postamentlə birlikdə altı metrə yaxın olacaq. Arif Məlikovun abidəsini mərmərdən hazırlayacağam, digər abidəsindən fərqli, daha orijinal olması üçün çalışacağam. Abidənin bir il müddətinə hazırlanıb təhvil verilməsini planlaşdırırıq”.

Ö.Eldarov həm də Müslüm Maqomayevin Dənizkənarı Milli Park ərazisində ucaldılacaq heykəli ilə bağlı işlərin gedişatından da danışıb:

“Biz artıq heykəlin hazırlanmasına başlamışıq. Müslüm Maqomayevin abidəsi isə təxminən il yarımdan sonra təhvil verilə bilər”.


Baxış sayı - 677 | Yüklənmə tarixi: 07.06.2020 18:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031