manera.az
manera.az

Maqomayevin abidəsinin qoyulacağı yer açıqlanıb

📅 10.05.2020 13:45

Maqomayevin abidəsinin qoyulacağı yer açıqlanıb
"Müslim Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin sərəncamı var, bu sahədə işlər davam etdirilir".

Manera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib:

"Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bir sıra nailiyyətlər əldə edib. Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər aparılır".

BŞİH başçısı Müslim Maqomayevin heykəlinin ucaldılacağı yerlə bağlı məsələyə də münasibət bildirib: "Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalılar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin martın 12-də "Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında" sərəncam imzalayıb.


Baxış sayı - 715 | Yüklənmə tarixi: 10.05.2020 13:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930