manera.az
manera.az

Tağıyevin heykəlinin açılış tarixi bəlli oldu

📅 07.02.2020 09:26

Tağıyevin heykəlinin açılış tarixi bəlli oldu
“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı Novruz bayramı günlərində olacaq. Bu vaxt hələ ki, dəyişməyib”.

Manera.az xəbər verir ki, bunu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

X.Əhmədov yaxın günlərdə heykəlin tuncdan tökülməsi işlərinə başlanacağını bildirib: “Hələ ki, vaxtımız var. Elə böyük bir iş qalmayıb. Çalışacağıq ki, Novruz bayramına qədər heykəlin quraşdırılması yekunlaşsın”.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyətinin Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Heykəl “İçərişəhər” metrostansiyasının qarşısında quraşdırılacaq.


Baxış sayı - 1 004 | Yüklənmə tarixi: 07.02.2020 09:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930