manera.az
manera.az

“Dilimiz varlığımızdır” məqalələr toplusu çap olunub

📅 08.09.2020 11:48

“Dilimiz varlığımızdır” məqalələr toplusu çap olunub
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Dilimiz varlığımızdır, qoruyaq-inkişaf etdirək mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çapa hazırlanıb.

Manera.az xəbər verir ki, kitabda əksəriyyəti gənc nəsilə mənsub olan təqdiqatçıların elmi-publisistik məqalələri yer alıb.

Bundan əlavə layihə çərçivəsində “dilimizvarligimiz.az” adlı sayt qurulub.

Yeni yaradılan saytda mütəmadi olaraq elmi, publisistik, ədəbi yazılar, elektron (PDF) kitablar oxuculara təqdim olunacaq.

Sözügedən layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşardır.

Layihəyə oktyabr ayında yekun vurulacaq.


Baxış sayı - 1 464 | Yüklənmə tarixi: 08.09.2020 11:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930