manera.az
manera.az

Elmimizin uğurları birmənalı qəbul edilir | MANERA.AZ

Elmimizin uğurları birmənalı qəbul edilir | MANERA.AZ


ABŞ-ın “Thomson Reuter” Agentliyinin bu günlərdə açıqlanan 2015-cu il üçün yarımillik hesabatına əsasən Azərbaycanda nəşr olunan “TWMS Journal Pure and Applied Mathematics ” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı ”) jurnalı yeni yaradılan “Emerging Sources Citation Index” bazasında yer alıb.

Sevindirici haldır ki, elmimizin uğurları beynəlxalq təşkilat və qurumlar tərəfindən də birmənalı qəbul edilir.

MANERA.AZ
xəbər verir ki, 2010-cu ildən ingilis dilində nəşr olunan bu jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 15-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 30-dan artıq ölkənin universitet və elmi mərkəzlərində yayılır.

Bütün məqalələr MatReviews, Zentrablatt, VINITI kimi nüfuzlu bazalarda referat olunur, Elleter, NA Digest elmi saytlarında anons edilir. İndiyədək jurnalın 10 nömrəsi çap olunub.

Qeyd edək ki, jurnalın baş redaktoru Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031