manera.az
manera.az

Bakıda Əlişir Nəvainin kitabı çıxdı - Foto

Bakıda Əlişir Nəvainin kitabı çıxdı - Foto
Dahi özbək şairi Əlişir Nəvainin “Hikmətli sözlər” kitabı nəşr olunub.

Manera.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxan kitabın elmi redaktoru, akademik İsa Həbibbəyli, özbək dilindən Azərbaycan dilinə tərcüməsi isə Almaz Ülvi Binnətova, Yaşar Qasımbəyli və Akif Azalpa məxsusdur. Kitabın özbəkcə çapa hazırlanmış əlyazması mərhum professor Səidbek Həsənova aiddir.

Kitab “Ön söz”, Azərbaycan və özbək dillərində aforizmlər və mündəricatdan ibarətdir. Nəşrin mənəvi anlamı və dəyəri nəsihətamiz fikirlərdən ibarətdir. Kitaba “Ön söz”ü Almaz Ülvi Binnətova yazıb. “Klassik özbək şairi, türk dünyasının mütəfəkkiri, bəşəriyyət dahisi Əlişir Nəvai” adlı təqdim olunan “Ön söz” Nəvainin həyatı və irsinə qısa bir baxış xarakterlidir. Məqalədə deyilir: “Nəvai hələ uşaqlıq illərindən - 10-12 yaşlarından türk və fars dillərində şeirlər yazardı. Dövrün tanınmış şair və ədibləri, xüsusən türk ədəbiyyatı qarşısındakı böyük xidmətləri ilə seçilən Həsən Ərdəşir və o illərin şöhrətli şairi Lütfi ona ustadlıq – müəllimlik edib. Əlişir Nəvai gənclik illərindən Şərqin dahi mütəfəkkirləri Nizami Gəncəvi, Fəridəddin Əttar, Qasım Ənvar və digər klassik şair və filosofların əsərlərini dərindən mənimsəyib. Bütün bunlar onun poetik yaradıcılığının inkişafına böyük təsir göstərib.

Nəvai dostu, şair filosof Ə.Caminin məsləhəti ilə dahi Nizaminin “Xəmsə”sinə türk dilində “cavab” yazıb. Beləliklə, Şərq ədəbiyyatında ilk dəfə - türkcə “Xəmsə” yaradıldı. Cəmi üç ildə (1483-85) tamamladığı 64 min misralıq “Xəmsə”si “Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi səyyarə” və “Səddi-İsgəndəri” adlı məşhur əsərlərdən ibarətdir. Şərq ədəbiyyatında yeni “Xəmsə” yaratmaq Nəvainin yüksək şairlik istedadının nəticəsi idi. Onun “Xəmsə”sində böyük türk ruhu diqqətdən yayınmır”.

Kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Özbəkistanın ölkəmizdəki səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birlikdə Əlişir Nəvainin anadan olmasının 579 illiyi münasibətilə təşkil etdikləri “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” adlı beynəlxalq elmi konfransının iştirakçılarına töhfə olaraq təqdim edilib. Bununla yanaşı, bu kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin nəzdində açılan “Nəvai ədəbiyyatşünaslıq mərkəzinin” əsas stolüstü kitabı kimi də qiymətli bir nəşrdir.

Bakıda Əlişir Nəvainin kitabı çıxdı - FotoБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930