manera.az
manera.az

Müharibə əlillərinə 250 avtomobil veriləcək

📅 22.08.2020 01:00

Müharibə əlillərinə 250 avtomobil veriləcək
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin, 1990-cı il 20 Yanvar hadisələri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Manera.az-a bildirilib ki, nazirlik tərəfindən 2020-ci ildə həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub. Bu ilin əvvəlində artıq 150 avtomobil təqdim edilib. İlin sonunadək daha 250 avtomobilin veriləcək.

Təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.

Ümumilikdə indiyədək nazirlik tərəfindən müharibə əlilləri və digər imtiyazlı şəxslərə 6900 avtomobil verilib.


Baxış sayı - 830 | Yüklənmə tarixi: 22.08.2020 01:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031