manera.az
manera.az

Aztəminatlı gənclərə mənzil veriləcək

📅 02.04.2020 09:41

Aztəminatlı gənclərə mənzil veriləcək
Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilməsi nəzərdə tutulur.

Manera.az xəbər verir ki, bununla bağlı Mənzil Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəllənin 48.1-ci maddəsində yazılıb ki, sosial kirayə müqavilələri əsasında müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

Təklif olunan dəyişikliyə əsasən isə, aztəminatlı gənclər də bu siyahıya əlavə edilir.

Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.


Baxış sayı - 751 | Yüklənmə tarixi: 02.04.2020 09:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930