manera.az
manera.az

Haqverdiyevin kitabı macar dilində nəşr edilib

📅 08.08.2020 18:00

Haqverdiyevin kitabı macar dilində nəşr edilib
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə görkəmli yazıçı və ictimai xadim, diplomat Əbdürrəhim bəy Haqverdiyevin kitabı macar dilində nəşr edilib.

Anadan olmasının 150 illiyi münasibəti ilə çap olunan kitabda yazıçının seçilmiş hekayələri yer alıb.

"Uca dağ başında" adlanan kitabdakı hekayələri orijinaldan Mariya Kenessay çevirib.

Səfir Vilayət Quliyev nəşrə Əbdürrəhim bəy Haqverdiyevin ədəbi və diplomatik fəaliyyətindən bəhs edən ön söz yazıb.

Bu barədə məlumat verən səfir qeyd edib ki, Əbdürrəhim bəy millətin ürəyində daim işıqlı duyğularla yaşamağı haqq etmiş şəxsiyyət və sənətkarlardandır./525.az/


Baxış sayı - 888 | Yüklənmə tarixi: 08.08.2020 18:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031