manera.az
manera.az

“Gürcü hekayələri” kitabı Azərbaycan dilində

📅 27.03.2019 12:48

“Gürcü hekayələri” kitabı Azərbaycan dilində
Tbilisidə Azərbaycan dilində “Gürcü hekayələri” kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, kitabı gürcü dilindən Azərbaycan dilinə Gürcüstan Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu tərcümə edib.

Tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı kitaba yazdığı “Ön söz”də deyir: “Böyük söz ustadları tərcüməçiləri obrazlı şəkildə körpü salanlara bənzədiblər. Bu bənzətmədə yüz illərin sınağından çıxmış həqiqət var. Ona görə ki, xalqlar və mədəniyyətlər məhz tərcüməçilərin sayəsində daha da yaxınlaşır, mənəvi zənginliyə qovuşur. M.Məmmədoğlu da məhz belə tərcüməçilərdəndir. Onu tərcümə etdiyi neçə-neçə əsər bizim mənəviyyatımızın zənginləşməsinə xidmət edib”.

Kitabda klassik gürcü yazıçısı David Kldiaşvilinin, eləcə də müasir yazıçılar Naro Kolxeli, Zurab Kobaliya və başqalarının əsərlərindən nümunələr yer alıb.

MANERA.AZ


Baxış sayı - 1 478 | Yüklənmə tarixi: 27.03.2019 12:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930