Qarabağ müharibəsi ilə bağlı filmin premyerası olacaq

AzTV-nin Sabah Yaradıcılıq Studiyasının çəkdiyi "Yağlı boya ilə ailə portreti” adlı filmin premyerası olacaq.
Manera.az xəbər verir ki, baş rolda Eldəniz Rəsulovun çəkildiyi film iyulun 19-da saat 21:30-da AzTV-də nümayiş olunacaq.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Sirac Mustafayevdir.
Quruluşçu operator Fahir Səmədoğlu, bəstəkar Vüsal Ömərov, rəssam Elyaz Səfərov, prodüser isə Şərif Qurbanəliyevdir.