manera.az
manera.az

“3 divar” və “Təxəyyül” qısametrajlı filmlərinin premyerası olacaq

📅 11.10.2018 18:07

“3 divar” və “Təxəyyül” qısametrajlı filmlərinin premyerası olacaq
Oktyabrın 13-də, saat 18.00-da Hədəf Multimedia Mərkəzinin təşkilatçılığı ilə “3 divar” və “Təxəyyül” qısametrajlı filmlərinin premyerası keçiriləcək.

Manera.az-ın məlumatına görə, “3 divar” filmi absurd-qurğudur. Bir-birini tanımayan 3 şəxsin bir otaqdakı münasibətlərindən bəhs edir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Səbuhi Şahmursoydur.

“Təxəyyül” filmi isə obrazlarının sorğu-sualı ilə üz-üzə qalan yazıçıdan bəhs edir. Filmin rejissoru Cavad Nur, ssenari müəllifi Rövşən Danyeridir.

Film və müzakirəyə hər kəs dəvətlidir.

Giriş sərbəstdir.

Tədbirin informasiya dəstəkçiləri: Parafraz portalı, “Ustad” Ədəbiyyat və Sənət Dərgisi, Senet.az saytı

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti, 72
Hədəf Stem Liseyi, Akt zalı


Baxış sayı - 1 139 | Yüklənmə tarixi: 11.10.2018 18:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031