manera.az
manera.az

Mirzə Cəlil haqqında film təqdim olunacaq

📅 24.02.2020 12:51

Mirzə Cəlil haqqında film təqdim olunacaq
“Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin çəkilişləri başa çatıb.

Manera.az xəbər verir ki, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş filmin premyerası keçiriləcək.

Qeyd edək ki, böyük ədib əsərlərini yazarkən uzaqgörənlik nümayiş etdirib. Filmin rejissoru Tahir Əliyev də o fikirdədir ki, Mirzə Cəlil bu günkü Azərbaycanı görərək yazıb.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm”də lentə alınan filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Əliyev, prodüseri Nazim Hüseynov, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərlidir.

Filmin ilk təqdimatı fevralın 28-i saat 19.00-da Nizami Kino Mərkəzində baş tutacaq.


Baxış sayı - 1 004 | Yüklənmə tarixi: 24.02.2020 12:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031