manera.az
manera.az

Qarabağ müharibəsi haqqında yeni film - Foto

📅 16.07.2020 11:59

Qarabağ müharibəsi haqqında yeni film - Foto
AzTV-nin Sabah Yaradıcılıq Studiyasında Qarabağ müharibəsi ilə bağlı yeni film çəkilib.

Manera.az xəbər verir ki, “Yağlı boya ilə ailə portreti” adlı film dram janrındadır. Bir saat 19 dəqiqəlik filmdə tələbə-rəssam olan yeganə övladı Qarabağ müharibəsində şəhid olmuş Çingiz adlı kişinin həyatı əks olunub. Onun həyat yoldaşı da övladının itkisinə dözməyərək vəfat edib.

Filmin əsas mövzusu Qarabağ müharibəsinin fəsadları, ürək xəstəsi olan Çingiz kişinin təsadüfən üstü açılmış sirdən sonra övladı xəstə olan qonşusuna maddi yardım etməsi, fədakarlığıdır.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Fahir Səmədoğlu, bəstəkarı Vüsal Ömərov, rəssamı Elyaz Səfərov, prodüser isə Şərif Qurbanəliyevdir.

Baş rolda Eldəniz Rəsulovun çəkildiyi film iyulun 19-da saat 21:30-da AzTV-də nümayiş olunacaq.

Qarabağ müharibəsi haqqında yeni film - Foto


Baxış sayı - 1 178 | Yüklənmə tarixi: 16.07.2020 11:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930