manera.az
manera.az

Kürdəmir məktəbində Türkiyə layihəsi

Kürdəmir məktəbində Türkiyə layihəsi
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə texnologiyanın mərkəzində olan şagirdlərə dərs demək və bu dərsləri onlar üçün maraqlı etmək üçün müəllim yeni yanaşmalardan xəbərdar olmalıdır. Təhsil üzrə dünya təcrübəsini öyrənmək üçün beynəlxalq layihələr çox yaxşı imkan yaradır.

Bu baxımdan müxtəlif Etwinning layihələrində iştirak edir, layihələri dərslərimə inteqrasiya edirəm. Belə layihələrdən biri də “Techno Authentic Life “ projesidir. Qurucuları Türkiyədən Huriye Akgül və Hüseyn Kırman olan bu layihədə 10 müəllim iştirak edir.

Mən də Azərbaycanımızın Kürdəmir rayonundan Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq qoşulmuşam. Bu layihədə çalışmaq həm mənim, həm də şagirdlərim üçün çox sevindirici haldır. “Techno Authentic Life “ projemiz maraqlı və faydalı çalışmaları ilə olduqca gözəl bir proje idi.

Hazırda dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bunun bir sıra fəlakətlərə səbəb olacağını və vaxtında tədbir görülməzsə, Yer kürəsinin flora və faunasının bu fəlakətlə üz -üzə qalacağını bilirik. Projemizin hədəfi bunun qarşısını almağa qismən də olsa, öz töhvəmizi vermək, şagirdlərimizə dünyamızı necə qorumağı, texnoloji tullantıları yenidən təbiətə qazandırmanın yollarını aşılamaqdır.

Çalışmalarımızın mərkəzində insanın, digər canlıların, qısacası həyatın davamlılığı səbəbindən təbiətin əhəmiyyəti vurğulanır, günümüzün və gələcəyin imtina edilməz texnologiyası, texnologiyanın təbiətə müsbət, ahəngdar və zərərsiz bir şəkildə uygunlaşması dayanırdı. Bu məqsədlə alternativ və bərpa olunan enerjinin nə olduğunu anlamaq, diqqəti onlara çəkmək üçün şagirdlərə bu mövzuda müxtəlif fimlər izlətdik, araşdırma aparmaları üçün şərait yaratdıq.

Layihə ortaqları olaraq bir – birimizə şagirdlərin öz əl əməyi olan rüzgar güllərini hədiyyə etdik. Bununla külək enerjisinin ekoloji təmiz enerji mənbəyi olduğunu vurğulamış olduq. Təhsilalanlarımız ortaq e-dərgi hazırladılar. Dərgimizdə alternativ enerjinin ənənəvi enerji növlərini əvəz edə bilən enerji mənbələri olduğu açıqlanmışdır.

Müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerjinin bərpa olunan enerji olduğu göstərilmişdir. Layihədə çalışan müxtəlif məktəblərin şagirdləri qruplara ayrıldılar, hər qrup bərpa olunan enerjinin bir növünü araşdırıb dərginin səhifələrini yaratdılar.

Layihəmizin gözəl tərəflərindən biri də həyətyanı sahələrin, məktəbimizin həyətinin, bağçalarımızın təmizliyinə diqqət yetirmək idi.

Tullantıları azaltmaq üçün onlardan müxtəlif əşyalar , məsələn : maşın təkərlərindən çiçəklər üçün göz oxşayan bəzəkli dibçəklər, plastik su qablarından asma divar qabları yaratdıq. Olduqca maraqlı bez çantalar hazırladıq. Bu tapşırıqlar işlənərkən dərs proqramımıza gözəl şəkildə uyğunlaşdırdıq. Şagirdlərim feil şəkillərinin məna çalarları arasındakı fərqi rahat müəyyənləşdirdilər, sözlərin semantik xüsusiyyətlərini , yaranma üsullarını aydın izah etməyi bacardılar.

Bütün dünyanı öz təsiri altına alan Covid-19 –la bağlı olaraq məktəblərin bağlanması dərslərimizə təsirsiz ötüşməsə də, maksimum dərəcədə qarşısını almağa çalışdıq. Dərslərimizə Virtual məktəbdən davam etdik və təbii ki, layihəmizi də unutmadıq. Virusla əlaqədar maarifləndirmə üçün ortaq bir video hazırladıq. Burdakı fəaliyyətləri gün keçdikcə təbiətə qarşı daha məsuliyyətli davranmalarına, bir-birlərinə inam, etibar, hörmət hissinin artmasına şərait yaratdı .

Layihə şagirdlərimizə bilik və bacarıqlarını yeni situasiyalarda tətbiq etməyə imkan verdi, onların idrak fəallığının yaranmasında və davamlılığında əhəmiyyətli rol oynadı.

GÜNƏŞ XUDİYEVA
Kürdəmir şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
“Ən yaxşı müəllim" müsabiqəsinin qalibi,
“Tərəqqi” medallı.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31