manera.az
manera.az

Koronavirusun 4 yeni simptomu - Siyahı

📅 26.06.2020 14:39

Koronavirusun 4 yeni simptomu - Siyahı
Koronavirusun 4 yeni simptomu müəyyən edilib.

Manera.az xəbər verir ki, bu barədə ABŞ-ın İnfeksion Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Koronavirusun bilinən qızdırma, quru öskürək, tənəffüs çatışmazlığı kimi əlamətlərinə halsızlıq, ishal, burunda tıxanıqlıq və ya burun axıntısı və ürəkbulanma daxil olub.

Beləliklə, 10 milyona yaxın insana yoluxan SARS-CoV-2 virusunun müəyyən edilən 11 simptomu mərkəzin internet saytında siyahı şəklində yer alıb.

Siyahı belədir: qızdırma, quru öskürək, tənəffüs çatışmazlığı, əzələ və ya bədən ağrısı, baş ağrısı, qoxu və dadbilmə qabiliyyətinin itməsi, boğaz ağrısı, burunda tıxanıqlıq və ya burun axıntısı və ürəkbulanma, ishal, qusma.


Baxış sayı - 798 | Yüklənmə tarixi: 26.06.2020 14:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930