manera.az
manera.az

Nəsimiyə həsr olunmuş tamaşa Dövlət Mükafatları siyahısında

Nəsimiyə həsr olunmuş tamaşa Dövlət Mükafatları siyahısında
“YUĞ” Dövlət Teatrının “Mənəm, mən…” tamaşası Dövlət Mükafatına təqdim edilib.

Manera.az xəbər verir ki, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2020-ci ilin Dövlət Mükafatlarına təqdim olunan işlərin siyahısını açıqlayıb.

Siyahıda Mədəniyyət sahəsi üzrə nümunələrdən biri də Azərbaycan Dövlət “YUĞ” Teatrının “Mənəm, mən…” tamaşasıdır.

Xatırladaq ki, İlqar Fəhminin pyesi əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa “Nəsimi ili” çərçivəsində hazırlanıb.

İ.Nəsiminin 650 illiyinə həsr olunmuş tamaşanın bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, quruluşçu rəssamı Vüsal Rəhimdir.

Mistik-psixoloji dram kimi hazırlanan səhnə əsərində Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Amid Qasımov və Elşən Əsgərov çıxış edirlər.

Nəsimi irsinin təbliğinə və müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanmasına xidmət edən “Mənəm, mən…” tamaşası Azərbaycan teatr məkanında böyük əks-səda doğurub.

Baş rolun ifaçısı Ziya Ağa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüb.

“Mənəm, mən…” mütəxəssislər tərəfindən son illərin ən mühüm teatr hadisələrindən biri kimi qiymətləndirilib. Artıq tamaşa bir neçə nüfuzlu beynəlxalq teatr festivalından dəvət alıb.

Tamaşa haqqında mətbuatda teatrşünas təhlilləri və çoxsaylı məqalələr dərc olunub. Azərbaycan Dövlət Televiziyası Qızıl fond üçün məxsusi olaraq tamaşanı çəkib.

Nəsimiyə həsr olunmuş tamaşa Dövlət Mükafatları siyahısında
Nəsimiyə həsr olunmuş tamaşa Dövlət Mükafatları siyahısındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31