manera.az
manera.az

“Fəna” tamaşası onlayn göstəriləcək

📅 05.05.2020 10:24

“Fəna” tamaşası onlayn göstəriləcək
Dövlət "Yuğ” Teatrı Orxan Fikrətoğlunun "İtki” və bir neçə hekayəsi əsasında hazırladığı "Fəna” tamaşasını mayın 14-də sosial şəbəkədəki hesabları vasitəsi ilə onlayn təqdim edəcək.

Teatrdan Manera.az-a bildirilib ki, rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında göstəriləcək səhnə əsərində rəsmlərin quruluşu Əməkdar rəssam Rəşid Şərifə məxsusdur. Səhnə əsərində aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və başqaları iştirak edəcək.

"Özü”nü itirmiş bir kişi birdən-birə bunun fərqinə varır. Xanımı və dostu ilə bunun necə baş verdiyini araşdırmağa çalışır.

Sonradan məlum olur ki, sən demə onlar da "özlərini” itiriblərmiş. Çox çək-çevirdən sonra hər üçü öz fitrətlərini insan surətində görüb "özləri”nə qayıdırlar.

Janırı "bir nəfəslik mərifət oyunu” kimi təqdim olunan tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.


Baxış sayı - 692 | Yüklənmə tarixi: 05.05.2020 10:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031